Martın 17-də Azərbaycanda COVID-19 əleyhinə 16 min 552 doza vaksin vurulub

Martın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 552 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı – 1 min 815, üç və daha çox doza vaksinlərin sayı – 13 min 119, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 800-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 320 min 490, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 317 min 85, ikinci mərhələ üzrə 4 milyon 809 min 138, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 972 min 338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 221 min 929-dur.