Mark Rutte: “Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir”

“Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir”.

“Report” xəbər verir ki, bunu Niderland Krallığının Baş naziri Mark Rutte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı deyib.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

ƏvvəlkiMilli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının ilk iclası keçirilib
NövbətiGömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib