Malinin hərbi çevriliş nəticəsində devrilən prezidenti vəfat edib

Malinin hərbi çevrilişdən sonra hakimiyyətdən uzaqlaşdırılan keçmiş prezidenti İbrahim Bubakar Keyta vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Onun öz evində öldüyü məlum olub. Ölümün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, 2020-ci ilin avqustun 18-də Malidə hərbi çevriliş baş verib, nəticədə hərbçilər Baş Qərargahı ələ keçiriblər. Prezident İbrahim Bubakar Keyta və bir sıra yüksək vəzifəli dövlət rəsmiləri hərbçilərin təzyiqi ilə istefa verib. Hökumət və parlamentin buraxıldığı elan edilib.

Hazırda ölkəyə hərbi xuntanın lideri Assimi Qoita rəhbərlik edir.

ƏvvəlkiAzərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 6 milyonu keçib
NövbətiFinlandiyada 45 saniyəyə koronavirusu aşkarlayan cihaz icad edilib