Sudanda etiraz aksiyalarında ölənlərin sayı 23 nəfərə çatıb

Sudanda hərbi çevrilişə qarşı oktyabrın 25-dən bəri davam edən etiraz aksiyalarında ən azı 23 nəfər ölüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Sudan həkimləri noyabrın 13-də baş və boyun nahiyəsindən ağır güllə yarası alan daha iki etirazçının öldüyünü açıqlayıb.

Komitənin açıqlamasında bildirilir ki, noyabrın 13-də keçirilən etiraz aksiyasına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 3-ü azyaşlı olmaqla 7 nəfər həlak olub, daha 215 nəfər yaralanıb.

Sudanda oktyabrın 25-də səhər saatlarında əsgərlər baş nazir Abdullah Hamduk və bir neçə başqa siyasətçini saxlayıblar. Ordu generalı Əbdülfəttah əl-Burhan ölkədə fövqəladə vəziyyət elan edərək, Suveren Şuranın və hökumətin buraxıldığını elan edib. O, əlavə edib ki, Sudanda əhalinin bütün təbəqələrinin iştirakı ilə texnokratik hökumət yaradılacaq.

ƏvvəlkiCeyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib
NövbətiAzərbaycanda tibbi maska istehsalı 88% artıb