Malayziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb

Malayziyada turist düşərgəsinin torpaq sürüşməsinə məruz qalması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, xilasedicilər son sutka ərzində daha 1 nəfərin cəsədini aşkarlayıb. Artıq axtarış-xilasetmə işləri dayandırılıb.

Faciə dekabrın 16-da gecə saatlarında Kuala-Lumpur şəhərindən 50 kilometr şimalda yerləşən turist düşərgəsində baş verib. Təbii fəlakət nəticəsində təxminən 1,2 hektar ərazi torpaq altında qalıb. Xilasedicilər indiyə qədər 61 insanı xilas edə biliblər.

ƏvvəlkiBöyük Britaniya kralı Milad bayramı münasibətilə xalqa müraciət edib
NövbətiAvstriyada 10 nəfər qar uçqunu altında qalıb