Magistraturaya ikinci qəbul imtahanında iştirak etmək üçün indiyədək 6747 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 8-dək internet vasitəsilə aparılır. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 6747 nəfər (Azərbaycan bölməsi – 6207; rus bölməsi – 540) qeydiyyatdan keçib.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

ƏvvəlkiTeledərslərin mayın 6-na olan cədvəli
Növbəti“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək