“Magistr” jurnalının 1 saylı buraxılışı nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” xüsusi buraxılışının 1 ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalı DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

ƏvvəlkiMüdafiə Nazirliyi Füzuli rayonunun Cuvarlı kəndinin videogörüntülərini paylaşıb
NövbətiBadamdardakı sürüşmə ərazisində drenaj quyuları qazılıb