Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir

Macarıstanın paytaxtında yerləşən məşhur “Urania” kinoteatrında Azərbaycan Kinosu günlərinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Açılış mərasimində “Urania” kinoteatrının direktoru Botond Elekeş, Macarıstanın İnsan Resursları Nazirliyinin dövlət katibinin müavini Zoltan Lorintsi, Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, “Nar bağı” filmində baş rolun ifaçısı aktyor Qurban İsmayılov çıxış ediblər.

Çıxışlardan sonra “Nar bağı” filmi nümayiş etdirilib.

Əvvəlkiİki şirkət gələn il dünya orbitinə səyahət turlarına start verəcək
NövbətiAvro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq