Məşhur aparıcı Larri Kinq vəfat edib

Amerikalı teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib. Bu barədə onun twitter hesabında məlumat paylaşılıb.

Aparıcının şirkəti Ora Media sosial şəbəkələrdə onun vəfatı barədə məlumat paylaşarkən, mərhumun Los-Ancels şəhərində yerləşən Cedars-Sinai tibb mərkəzində 23 yanvar tarixində vəfat etdiyini qeyd etmişdir. Məlumatda mərhumun vəfat etmə səbəbi göstərilmir.

Məlumdur ki, teleaparıcı Larri Kinq koronovirus səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

ƏvvəlkiAzərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
NövbətiSummativ qiymətləndirmənin təşkili zamanı müxtəlif elektron tətbiqlərdən istifadə oluna bilər