“Məşədi İbad”ın Gülnazı vəfat etdi

“O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

Kulis.az verir ki, bu barədə “Qafqazinfo”ya T. Gözəlovanın qohumları məlumat verib.

80 yaşlı aktrisa bu gün həyatını itirib.

Tamara Gözəlova
Tamara Gözəlova

Qeyd edək ki, T. Gözəlova AzTV-nin ilk diktorlarından biri olub, 1956-cı il mayın 1-də efirə çıxıb.

Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 65-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova

Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

ƏvvəlkiHikmət Hacıyev: Özünü demokratik adlandıran Ermənistan hakimiyyəti, ilk növbədə, faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir
NövbətiŞuşa – tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər