Məleykə Abbaszadə: “Apellyasiya şikayətləri ilə 200-ə yaxın şagirdin nəticəsi dəyişib”

“Apellyasiya şikayətləri ilə yoxlanılan 200 nəfərə yaxın şagirdin nəticəsi dəyişib”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Biz 100 minlə 200-ü müqayisə edəndə görürük ki, bu, kiçik bir rəqəmdir. Heç yarım faiz də etmir”, – o bildirib.

Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.