Azərbaycan nümayəndə heyəti Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak edib

Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Ölkəmizi bu konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın plenar iclasında general-leytenant H.Piriyev “İkinci Qarabağ  müharibəsi yeni nəsil müharibə kimi” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bolqarıstanda keçirilən beynəlxalq konfransda Azərbaycan ilə yanaşı, Polşa, İsveç, Şimali Makedoniya və Gürcüstandan olan 100-dən çox məruzəçinin də çıxışları dinlənilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin G.S.Rakovski adına Hərbi Akademiyanın və V.Levski adına Milli Müdafiə Universitetinin rəhbərləri, eləcə də Veliko Tarnovo şəhərinin meri ilə görüşü keçirilib.

ƏvvəlkiMəleykə Abbaszadə: “Apellyasiya şikayətləri ilə 200-ə yaxın şagirdin nəticəsi dəyişib”
NövbətiHacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib