Lökbatan qəsəbəsində batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər onu bataqlıqdan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

ƏvvəlkiXaçmazda meşə massivində güclü yanğın başlayıb
NövbətiXalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları…” kitabı latın qrafikası ilə işıq üzü görüb