Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinə su verilib

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Agentlik işğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.

ƏvvəlkiAzərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək
NövbətiPrezidentin sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və digərlərindən ibarət 3729 nəfərə şamil olunacaq