Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil edilən dinc aksiya davam edir. Etirazçılar bu saatlarda da plakat qaldırıb, şüarlar səsləndirirlər.

AZƏRTAC-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya fəalları şüarlar səsləndirərək Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Onlar yüksək vətənpərvərlik nümayiş etdirirlər.

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.