Kürdəmirdə 2 otaqlı ev yanıb

Kürdəmirdə 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə və dam örtüyü 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ƏvvəlkiDeputat: “Snayperlərdən xahiş edirəm ki, Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”
NövbətiAzərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub