Koronavirusun “omikron” ştammı 38 ölkədə aşkar edilib – ÜST

Koronavirusun “omikron” ştammı hazırda 38 ölkədə aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildirib.

Onun sözlərinə görə, söhbət ÜST-ün “hər altı regionunda” yerləşən dövlətlərdən gedir.

Ekspert bildirib ki, Cənubi Afrikadan gələn məlumata görə, orada virusa yoluxanların sayı artır:

” [Omikron ştammının] daha yüksək keçicilik səviyyəsinə malik olması ehtimalı var”.

“Amma hələ də dünyada üstünlük təşkil edən “delta” variantı ilə müqayisədə onun az və ya çox yoluxucu olduğunu bilməliyik”

ƏvvəlkiNizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib
NövbətiAzərbaycan 10 erməni hərbçini Ermənistan tərəfinə verib