Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir.

Sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarındada dezinfeksiya işləri aparılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Həkim-Sanitar Xidmətinin
dezinfektorları İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük
qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik
sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin  əməkdaşları ilə
birgə  aparılır.
Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və
platformalarda da yerinə yetirilir.
Xatırladaq ki, koronavirusun  yarada biləcəyi təhlükənin qarşısının alınması
məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb.
Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyət göstərir: +994
12 499 61 11

ƏvvəlkiRusiyada prezidentin ömürlük seçilməsi təklif edilir
NövbətiSeçkidən sonra… – Elşən Gəncəvi