Koreyada Qarabağa böyük qayıdışla bağlı tədbir keçirilib

Koreya Respublikasının paytaxtı Seul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə “Azərbaycan – Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizin Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən KITA ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

Nazir müavini Azərbaycanın milli sosial-iqtisadi prioritetləri, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirlərinə və dünya iqtisadiyyatına inteqrasiyası baxımından görülən işləri diqqətə çatdırıb, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov son illər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndiyini, əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri diqqətə çatdıran səfir bu tarixi hadisənin Azərbaycan üçün, bütünlükdə region üçün yeni reallıqlar, yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb.

ƏvvəlkiAzərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub
NövbətiTÜRKPA missiyası Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcək