Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb

Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb. Raketin Şimali Pyonqan vilayətindən yerli vaxtla səhər saat 6:53-də buraxıldığı və təxminən 600 kilometr uçduğu bildirilir. Cənubi Koreya və ABŞ kəşfiyyat qurumları KXDR-in raket buraxılışının detallarının öyrənilməsinə çalışır.

Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib. İndiki raket buraxılışı isə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Seula planlaşdırılan səfəri, habelə Cənubi Koreya və ABŞ hərbçilərinin Şərq dənizində növbəti hərbi təlimlərin ərəfəsinə təsadüf edir.

ƏvvəlkiYasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı prosesi başa çatıb
NövbətiŞəhid Xəyal Süleymanov və Turan Məhərrəmovun ailələri ziyarət olunub