Konfutsi İnstitutunda Çinin “Dunçji” bayramı qeyd edilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Dunçji (Qışın zirvəsi) Çin bayramına həsr olunmuş onlayn tədbir keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təqviminin ən mühüm mövsümlərindən biri olan Dunçji bayramının xüsusi fəlsəfəsi və tarixi köklərindən danışaraq bu bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Pekin Xarici Dillər Universitetinin magistri Tuqay Bagirov bayramın adət-ənənələri, Dunçji əfsanələri və mərasimləri barədə məlumat verib. O, Dunçji rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib.

Tədbirdə ADU-nun çinşünas tələbələri qədim Çin şairlərinin “Dunçji”nin rəmzlərinə həsr olunmuş şeirləri səsləndirilib. Sonra Konfutsi İnstitutunun əməkdaşları Xan sülaləsi dövrünün məşhur həkiminin resepti ilə hazırlanan, ailə birliyinin rəmzi olan, düyüdən top şəklində hazırlanmış bayram “tanyuan” şirniyyat şorbasının hazırlanması üzrə ustad dərsləri keçirilib.

ƏvvəlkiBakıda 126 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub
NövbətiAzərbaycanda koronavirus infeksiyasından 4461 nəfər sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb