Bakıda 126 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub

Paytaxtın 126 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və “Alqoritmika” MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

ƏvvəlkiDevalvasiya barədə fikirlərin heç bir əsası yoxdur
NövbətiKonfutsi İnstitutunda Çinin “Dunçji” bayramı qeyd edilib