Kobi Brayantın həyat yoldaşı erməni pilota görə şirkəti məhkəməyə verdi

Helikopter qəzasında dünyasını dəyişən Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəsi Kobi Brayantın həyat yoldaşı Vanessa Brayant “Island Express Helicopters” şirkətini məhkəməyə verib.

Türk.az TMZ-yə istinadən xəbər verir ki, buna vertolyot sahiblərinin pis hava şəraitində uçuşa icazə verməsi və erməni pilot Ara Zobayanın ehtiyatsızlığı səbəb olub. Xanım Brayant şirkətdən təzminat tələb edir. Lakin məbləğ açıqlanmır.

Qeyd edək ki, Kobi Brayant yanvarın 26-da Kaliforniyada vəfat edib. Helikopterin göyərtəsində basketbolçu ilə yanaşı, 13 yaşlı qızı Cianna, pilot və daha 6 sərnişin olub.

ƏvvəlkiHindistanda qarşıdurmalarda ölən və yaralananlar var
NövbətiAzərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu