Kiyevdə komendant saatı tətbiq edilib

Kiyev şəhər hakimiyyəti fevralın 24-dən komendant saatı tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda bildirib.

“Komendant saatı saat 22:00-dan 07:00-a kimi qüvvədə olacaq. Bu, məcburi addımdır, lakin hərbi vəziyyətin hökm sürdüyü indiki şəraitdə paytaxtın təhlükəsizliyi üçün zəruridir”, – Kliçko deyib.

Komendant saatı zamanı ictimai nəqliyyat işləməyəcək, metro stansiyaları gecə-gündüz sığınacaq kimi fəaliyyət göstərəcək.

Müəyyən kateqoriyadan olan vətəndaşların sənədləri olduqda hərəkəti mümkün olacaq.

ƏvvəlkiQara dənizdə türk gəmisinə aviazərbə endirilib
NövbətiMoldovada 60 günlük fövqəladə vəziyyət elan edilib