Kim Çen In Vladimir Putinə qılınc hədiyyə edib – VİDEO

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə güc rəmzi olan qılınc hədiyyə edib.

“Report” RT telekanalına istinadən xəbər verir ki, Kim Çen In hədiyyəni Vladivostokda baş tutan danışıqlardan sonra V.Putinə verib.

Qeyd olunur ki, KXDR lideri bu qılıncın V.Putini dəstəkləyən Şimali Koreya xalqının gücünü və ruhunu təcəssüm elədiyini söyləyib.

Putin də, öz növbəsində, hədiyyəyə görə təşəkkür edib və Kim Çen Ina sikkə hədiyyə edib.

Embedded video

ƏvvəlkiVladimir Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib
Növbəti“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bəyanat yayıb: Yayılan fotoşəkillər 2011-ci ildə çəkilib