Kikboksçumuz Şikar Bədəlov növbəti qələbəsini qazanıb

Peşəkar döyüşlərin qalibi, dünya kubokunun mükafatçısı, kikboksçumuz Şikar Bədəlov növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, idmançımız Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.

İranlı İbrahim Xezai ilə qarşılaşan Ş.Bədəlov elə birinci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub edib.