III Avropa Oyunları: Kikboksçumuz Fərid Ağamoğlanov finala yüksəlib

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Norveç təmsilçisi Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda döyüşdə iştirak hüququ qazanıb.

Kikboksçumuz final görüşünə iyulun 2-də çıxacaq.

Xatırladaq ki, idmançımız dörddəbir finaldakı qələbəsi azı bürünc medalı təmin etmişdi.

ƏvvəlkiAzərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
NövbətiFransada iğtişaşlar ilə əlaqədar xəbərdarlıq