Keniyada avtobusun körpüdən çaya düşməsi nəticəsində 20 nəfər həlak olub

Keniyada su basmış körpüdən keçməyə cəhd göstərən avtobusun çaya düşməsi nəticəsində azı 20 nəfər həlak olub.

AZƏRTAC yerli The Star qəzetinə istinadla xəbər verir ki, avtobusda toya gedən adamlar olub. Qəzetin öz portalında yerləşdirdiyi videoda avtobusun Enziu çayı üzərindəki su basmış körpüdən keçməyə cəhd göstərdiyi görünür. Körpünün qurtaracağında avtobus gözlənilmədən yoldan sürüşərək yanı üstə çaya düşür və suyun dərinliyinə batır.

Güclü axın hadisə yerində aparılan xilasetmə əməliyyatlarına mane olur.

ƏvvəlkiƏrdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb
NövbətiŞəhid övladlarının sünnət mərasimi keçirilib