Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün vəsait cəlb edib

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quru yatağında qazma işləri üçün vəsait cəlb edib.

“Report” xəbər verir ki, şirkət Kanada və Böyük Britaniyada səhmlərdən 607 min funt-sterlinq əldə edib.

Vəsait Azərbaycandakı əməliyyatlarda investisiyanı artırmaq və ümumi işlərə yönəldiləcək.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

ƏvvəlkiƏfqanıstan Prezidenti mart ayında Bakıya gələcək
NövbətiCavid Qurbanov İrana gedəcək