Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

ƏvvəlkiGüləşçimiz dünya çempionu olub
NövbətiVətən müharibəsi şəhidi Elvin İsizadənin doğum günündə xatirəsi anılıb