Jurnalist P’rvin Abışova təhlükəsizliyinin təminatı üçün müraciət etdi

Jurnalist Pərvin Abışovaya qarşı ikinci dəhə zorakılıq olub,bununla bağlı Pərvin xanım hüquq mühavizə orqanlarına müraciyyət edib.

13 dekabr 2018-ci ildə bir qrup dindarın mənə hücumu ilə bağlı Nəsimi r/n 19 cu polis bölməsinə yazılı ərizə ilə müraciət etmişdim. Üstündən uzun müddət kecməsinə baxmayaraq,ordan mənə hec bir məktub, ya məlumat gəlməyib. Yəqin ki,bunun nəticəsidir ki,dünən saat 14:00 radələrində daha bir hücumla qarşılaşdım. Sahə müvəkkilinə zəng etdim 3 polis işçisi ilə gəlib məsələni yerindəcə aydınlaşdırdı. Blokda 4 mərtəbədə kameralar olduğundan şəxsin üzü açıq aydın düşüb. Bu iki ay ərzində olan hücumlar məni narahat edir. Amma baxıram ki,polisləri narahat etməyib.Ona görə də bu gün 102 xidmətinə zəng etdim. Məni Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları şöbəyə apardılar. İzahat yazdım. Keçən dəfə baş vermiş hadisə ilə əlaqədar niyə mənə heç bir məktub gəlmədiyini soruşdum. Polis əməkdaşları çiyinlərini çəkərək məsuliyyəti bir-birlərinin üstünə atdılar. Çox maraqlı nüansdır. İki nəfər dalaşdlqda polis işçiləri onların başlarının üstünü ley kimi alır. Əraziyə yeni kirayəşin gələndə sahə müvəkkili ev sahibindən şirinlik istəyib üzünün suyunu tökür. Amma bu boyda iki hadisəyə etinasız yanaşırlar. Mən buradan Azərbaycan Respublikasının prezidenti İ. Əliyevə, vitse prezident M. Əliyevaya səslənirəm. Təyin edilmiş bəzi azğın,gözlərini qan örtmüş məmurların etdiyi əməllərdən xəbərdar olun. Xalqdan inciməyin. Sizinlə xalqın arasında uçurumu yaradan onlardır.O məmurlar ki, neçə illər hakimiyyətə və dövlətə xidmət etmiş,yazılarında heç bir siyasi motiv olmayan jurnalisti peşə fəaliyyəti ilə məşğul olarkən döyüb 513.2 ilə cərimə edirlər. O məmurlar ki, saxta məhkəmə qurub saxta hökm çıxarırlar. O məmurlar ki,xalqın hüquqlarını tapdalayırlar, qorxu içərisində saxlayırlar. Mən burdan Daxili İşlər Naziri R. Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev cənablarına səslənirəm. Mənim övladımın və mənim həyatım təhlükədədir. Kimliyindən aslı olmayaraq günahkarların tapılaraq cəzalandırılmasını istəyirəm. Bu mənim vətəndaş kimi haqqımdır. Mən Azərbaycanın qanunlarına söykənirəm. Konstitusiyama söykənirəm. Mənim azadlığım var. Mənim hüquqlarım var. Mən sivil ölkənin vətəndaşıyam. Bu Vətənin azadlığı neçə oğulların qanı, anaların fəryadı,övladların göz taşı bahasına qazanılıb. Hüquqlarımdan istifadə edərək, bir Azərbaycan vətəndaşı kimi tələb edirəm ki,məsələyə baxılsın. Mən unitar, demokratik ölkə vətəndaşıyam. Əfqanıstan,Suriyanın yox.

Jurnalist Pərvin Abışova.

ƏvvəlkiDövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmi sahibləri və liman kapitanlarına xəbərdarlıq edib
NövbətiAtəşkəs rejimi 25 dəfə pozulub