Jurnalist Fərman Bağırov dünyasını dəyişdi

Tanınmış foto-jurnalist Fərman Bağırov vəfat edib.

Bu barədə “Report”a onun tanışları məlumat verib.

Qeyd edilir ki, F.Bağırov xəstəlikdən əziyyət çəkirdi. O, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya aparılıb. F. Bağırov Əməkdar incəsənət xadimi, “Tərəqqi” medalı laureatı idi.

O, uzun illər Milli Məclisin rəsmi mətbu orqanı “Azərbaycan” qəzetində çalışıb.

ƏvvəlkiMilli Məclisin deputatı ATƏT PA-nın COVID-19-un gender məsələlərinə təsiri mövzusunda onlayn iclasında çıxış edib
NövbətiOmbudsman KİV-ə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi