İtaliyada oğurluq edən 4 gürcü saxlanılıb

İtaliyada mənzillərdən oğurluq etməkdə şübhəli bilinən 4 gürcü saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, saxlanılan şəxslər Boltsano şəhərində 20 min avro dəyərində əşyalar oğurlayıblar.

Saxlanılan şəxslərdən biri Ermənistanda anadan olan və İtaliyada yaşayan 33 yaşlı gürcüdür. Digər şəxslər 34 və 37 yaşlı Gürcüstan vətəndaşları, dördüncü şəxs isə Almaniyada yaşayan 60 yaşlı gürcüdür.

Gürcülər cinayət törədərkən hadisə şahidlərinin polisə məlumat verməsindən sonra ələ keçiblər.

ƏvvəlkiProkuror ərini öldürən qadına cəza istəyib
NövbətiBakı-Sabunçu dəmir yolu xəttindən – FOTOREPORTAJ