İsveçrədə iki qatar relsdən çıxıb

İsveçrənin Bern kantonunda cümə günü iki qatar relsdən çıxıb.

AZƏRTAC “24 Heures” qəzetinə istinadla xəbər verir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.

Dəmir yolu şirkətindən bildirilib ki, ilkin məlumata görə, qatarlar güclü külək səbəbindən relsdən çıxıb.

ƏvvəlkiDanimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
NövbətiReuters: BVF Direktorlar Şurası Ukraynaya 15,6 milyard dollar kredit ayrılmasını təsdiqləyib