İsveçin NATO-ya üzv olması ilə bağlı məsələdə irəliləyişə nail olunub

İsveçin NATO-ya üzv olması ilə bağlı məsələdə irəliləyişə nail olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı Türkiyə və İsveçin xarici işlər nazirləri arasında keçirilən görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.

Stoltenberqin sözlərinə görə, görüş səmərəli keçib, tərəflər arasında İsveçin üzvlüyünün ratifikasiyası məsələsinə dair irəliləyişə nail olunub.

“İsveçin üzvlüyü əlçatandır. Biz hamımız İsveçin üzvlüyünün ratifikasiyasının mümkün qədər tez bir zamanda həyata keçirilməsi ilə razıyıq. Biz Vilnüsdə keçiriləcək görüşə qədər müsbət həll yoluna nail olunması üzərində işləyirik, lakin hələ də diqqət yetirəcəyimiz məsələlər var”, – deyə Yens Stoltenberq vurğulayıb.

Qeyd etmək lazımdır ki, İsveç iyulun 12-də Vilnüsdə başlayacaq NATO sammitindən əvvəl Şimali Atlantika İttifaqına üzv olmaq üçün Türkiyə və Macarıstanın razılığını almağa səy göstərir.

ƏvvəlkiPrezident İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul edib
NövbətiAzərbaycan və Uqanda XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb