İstiqlal Marşının 100-cü ildönümü münasibətilə İstanbulun Qalata qülləsi xüsusi lazer effekti ilə işıqlandırılıb

Türkiyənin İstiqlal Marşının (dövlət himni) qəbul edilməsinin 100-cü ildönümü münasibətilə İstanbulun tarixi Qalata qülləsində xüsusi lazer şousu təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mərasim Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.

Lazer şousu zamanı türklərin Orta Asiyadan çıxmasından bu günə qədər Türkiyə tarixinə adlarını yazdıran məşhur insanların görüntüləri tarixi qüllənin divarlarında əks etdirilib.

ƏvvəlkiTeledərslərin martın 12-nə olan cədvəli açıqlanıb
NövbətiYol polisi sürücülərə müraciət edib