İstanbulda atletika üzrə qış Avropa çempionatı keçiriləcək

Martın 2-5-də İstanbulda atletika üzrə qış Avropa çempionatı keçiriləcək.

Trend Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, çempionatda ölkəmizi Nazim Babayev və Yekaterina Sariyeva təmsil edəcəklər.

Atletlərimiz yarışda məşqçiləri Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi altında mübarizə aparacaqlar.

ƏvvəlkiAli məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb
NövbətiVyetnamın yeni prezidenti məlum olub