İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub

Türkiyənin İstanbul Hava Limanı gündəlik 979 uçuş həyata keçirməklə Avropada zirvədə qərarlaşıb.

“Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı hesabatda qeyd edilib.

Hesabatda bildirilir ki, hava limanından gündəlik olaraq ən çox uçuş həyata keçirən “Türk Hava Yolları” şirkəti olub. “Türk Hava Yolları” hava limanından gündəlik 808 uçuş həyata keçirib. Qeyd edilib ki, sözügedən hava limanında sərnişin axını bu il 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 % artıb, lakin, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 23 % azalıb.

İstanbul Hava Limanınından ən çox uçuş həyata keçirilən yer isə Antalya olub.

Xatırladaq ki, İstanbul Hava Limanı 2018-ci ildən fəaliyyət göstərir.

ƏvvəlkiBəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək
NövbətiOlimpiya Oyunlarının təxirə salınması ilə bağlı rəsmi şəkildə heç bir məlumat verilməyib