İsrailin Bakıya silah satması İrəvanı qorxuya saldı

Ermənistan İsrailin Azərbaycana silah verməsinin dayandırılmasını istəyir, lakin bunu İsraillə münasibətlərin yaxşılaşdırılması üçün şərt olaraq irəli sürmür.

TürkünÖzü TV xəbər verir ki, bu sözləri “Yerusalem Post”a müsahibəsində Ermənistan Xarici İşlər nazirinin müavini Qriqor Ovanisyan deyib.

O bildirib ki, Ermənistan İsrailin ABŞ və Avropa ölkələrinin bir çoxu kimi Azərbaycana silah satmamasını yüksək qiymətləndirər.

Nazir müavini Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin olmadığını və İsrailin silah satışının silahlanma yarışına səbəb olduğunu vurğulayıb:

“Biz çox zəngin ölkə deyilik, ancaq hər dəfə Azərbaycan İsraildən texnika alanda öz ümumi daxili məhsulumuzun əhəmiyyətli bir hissəsini müqavimətə görə ayırmalı oluruq”.

ƏvvəlkiGömrük Hospitalın həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar – MƏHKƏMƏ
NövbətiAzərbaycanda pul bazası 9 milyard manatı keçib