İsrail Türkiyəyə axtarış-xilasetmə qrupu göndərəcək

İsrail Türkiyəyə axtarış-xilasetmə qrupu göndərəcək.

“Report” xəbər verir ki, bunu İsrail Prezidenti İsaaq Herzoq tviter hesabında yazıb.

“Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoganla telefonla danışdım, zəlzələdən sonra ona və xalqına dəstəyimi bildirdim. İsrail xalqı adından başsağlığımı çatdırdım və bu axşam rəsmi axtarış-xilasetmə qrupunun yola düşəcəyini bildirdim”, – İsrail Prezidenti qeyd edib.

“Prezident Ərdoğan bu dəstəyə görə minnətdarlığını bildirib və bu çətin günlərdə dostu Türkiyənin yanında olduğu üçün İsrailə təşəkkür edib”, – İsaaq Herzoq vurğulayıb.

ƏvvəlkiTürkiyədə zəlzələdə ölənlərin sayı 1651 nəfərə çatıb, 11 119 nəfər yaralanıb
NövbətiTürkiyədəki zəlzələ qurbanları BMT-də bir dəqiqəlik sükutla yad edilib