İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yardığını açıqlayıb

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qüvvələrinin müdafiə xəttini yarıb.

“Report”un məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.

“Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttinə nüfuz edib”, – D.Haqari deyib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

ƏvvəlkiNaxçıvanda “Sazlı-sözlü kəlağayı günləri” keçirilib
NövbətiAzərbaycanda Halal Dərman Vasitələrinə dair dövlət standartı qəbul edilib