İspaniyada konsert platformasının çökməsi nəticəsində 130-a yaxın insan yaralanıb

İspaniyanın Viqo şəhərində keçirilən konsert zamanı taxta konstruksiyanın çökməsi nəticəsində 130-a yaxın insan yaralanıb

Türk.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə “O Marisquiño” festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib.

Sahil kənarında quraşdırılan taxta platforma izləyicilərin ağırlığına dözməyib və çöküb. Nəticədə çox sayda insan suya düşüb. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan dördününü vəziyyətinin ağır olduğu bildirilir.

ƏvvəlkiMüəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb
NövbətiAAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək