İspaniyada avtobusun çaya aşması nəticəsində 6 nəfər ölüb

İspaniyanın Qalisiya muxtar icmasında sərnişin avtobusu Leres çayına aşıb.

Trend xəbər verir ki, bu barədə bazar günü “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, sürücü də daxil olmaqla 2 nəfər xilas edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.