İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclası çərçivəsində sənədlər imzalanıb

Bu gün Bakıda işə başlamış və sabah başa çatacaq İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tərəflər arasında 4 memorandum imzalanıb.

“Report” xəbər verir ki, həmin sənədlər aşağıdakılardır:

– İslam Palatasının Halal Xidməti ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum;

– Mavritaniya Ticarət Palatası ilə Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında memorandum;

– İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;

– ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və “Caspian Event Organisers” MMC arasında memorandum.

ƏvvəlkiŞüşə emalının inkişafı layihəsi üçün 340 min manat güzəştli kredit verilib
NövbətiAzərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad edilib