İslam Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə toplantısı keçiriləcək

İran Prezidentinin və bəzi digər ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı başçılarının xahişi ilə tezliklə Ər-Riyadda İslam dövlətləri rəhbərlərinin görüşü keçiriləcək.

AZƏRTAC İRNA-ya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı və İran İslam Respublikasının xarici işlər nazirləri telefon danışığı zamanı müzakirə ediblər.

Telefon məsləhətləşmələri zamanı Fələstində baş verən hadisələrin nəzərdən keçirilməsi, Qəzzada və İordan çayının qərb sahilindəki hadisələrə son qoyulması, humanitar yardımların göndərilməsinin davam etdirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə toplantısının təşkil olunması vurğulanıb.

ƏvvəlkiBMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı yenə də razılığa gələ bilməyib
NövbətiAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il keçir