İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntülərini yayıb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Çopurlu kəndi Lev çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Çopur Hüseynli olan bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

 

ƏvvəlkiDonald Trampa və Maykl Pompeoya sanksiya tətbiq edildi
NövbətiTəhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama