İşğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası quraşdırılıb

İşğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, bu stansiyalar vasitəsi ilə hazırda 11 televiziya və 6 radionun yayımı həyata keçirilir.

R.Hümbətov nəzərə çatdırıb ki, işğaldan azad edilən ərazilərdə 203 mobil baza stansiyası da quraşdırılıb.

ƏvvəlkiŞəhid Şəhriyar Əlibəyli II Şəhidlər xiyabanında dəfn edilib
Növbəti“Kəlağayı əlvan qıyqacı” adlı novruz şənliyi keçiriləcək