İşğalçı Ermənistan ordusunun gücü tükənib: Qadın taboru cəbhəyə göndərildi

İşğalçı Ermənistan ordusu Dağlıq Qarabağda mövqelərini itirməkdə davam edir. Azərbaycan Ordusunun əks həmlələri nəticəsində işğal altında olan ərazilər hər gün azad olunur, düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilir.

BAKU.WS xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi ölən əsgərlərinin sayının 710 nəfər olmasını təsdiqləsə də, real rəqəmlər göstərilən dəfələrlə çoxdur. İşğal altındakı Xankəndidə ermənilərin Rusiya KİV-lərinə müsahibsi zamanı minlərlə hərbçinin ölməsi öz təsdiqini tapıb.

Bu günlərdə Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da təsdiqləyib ki, artıq qadınlardan ibarət 100 nəfərlik batalyon yaradılıb.

Qeyd edək ki, işğalçı ordunun qadınlardan ibarət batalyon yaratması Ermənistanın düşdüyü vəziyyəti açıq şəkildə ortaya qoyub. Erməni gənclər arasında ordudan yayınmaq halları, ön xəttə ölməmək üçün zabitlərlə əlbəyaxaya çıxmaq görüntüləri və nəhayət işğalçı ordunun əksər hərbi texnika, RƏM sistemi, sialh-sursat anbarlarının məhv edilməsi İrəvanın məğlubiyyətinin bariz nümunəsidir.

Azərbaycana Fransa və Rusiya vasitəsilə təzyiq göstərmək istəyən, bununla da atəşkəs arzusunda olan Nikol Paşinyan Ermənistan ordusunun ön xəttə Azərbaycan hərbçiləri qarşısında məğlubiyyətini yaxşı başa düşür. Hakimiyyətini itirməmək və Ermənistanın məğlub və rüsvay olmuş baş naziri olmaq istəməyən Paşinyan məhz buna görə qadınları belə ordu sıralarına qatmaqla nəsə dəyişiklik etməyi arzulayır.

ƏvvəlkiHəqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
NövbətiPrezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib