İri ticarət mərkəzləri ayın sonunadək açılmayacaq

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla iri ticarət mərkəzləri bu ayın sonuna qədər açılmayacaq. Amma açılsa, belə iri ticarət mərkəzlərin içərisində yoluxma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti qadağan oluna bilər”, – deyə TƏBİB sədri bildirib.

ƏvvəlkiBöyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib
NövbətiBöyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb