İraq bu il neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır

İraq 2024-cü ildə neft məhsullarının idxalını tamamilə dayandırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.

“2024-cü ildə İraq daha çox yerli istehsala arxalanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayandırılacaq”, – o əlavə edib.

İraq daxili bazardakı kəsiri doldurmaq üçün neft məhsulları idxal edir.

ƏvvəlkiƏrdoğan Blinkeni qəbul edib
NövbətiYanvarın 10-u səhərdən 13-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək